Noyabra olan hava proqnozu AÇIQLANDI

Noyabra olan hava proqnozu AÇIQLANDI
  • Sosial / Manşet

  • temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-24 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 05 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 3-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 6-11 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə isti, dağlarda 2 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 55-170 mm).
    PAYLAŞ:

    Oxşar xəbərlər