Bunu etsəniz, WhatsApp”da statuslara baxdığınız görünməyəcək - İzah

Bunu etsəniz, WhatsApp”da statuslara baxdığınız görünməyəcək - İzah
  • Maraqlı

  • Çoxları "WhatsApp”da başqalarının paylaşımlarına gizli baxmaq istəyir. 

    Tətbiq hələ ki, bu özəlliyi gətirməsə də, bunun üçün bəzi hiylələr mövcuddur.

    Asiya.az xəbər verir ki, "WhatsApp”da kiminsə statusuna baxdığınız zaman məxfiliyinizi qorumaq istəyirsinizsə, "oxundu bildirişləri”ni açmayın. Baxdığınız status silinənə və ya vaxtı bitənə qədər bu cür saxlamalısınız.

    Amma "oxundu bildirişləri”ni açsanız, statusa baxdığınız görünəcək.

    "Oxundu bildirişləri”ni bağlamaq üçün bunları etmək lazımdır:

    Parametrlərə keçin. Hesab seçimini basın və Məxfilik və Təhlükəsizlik kimi seçimlər arasında "Məxfilik" bölməsinə daxil olun. Sonra "Oxundu bildirişləri" seçimini tapın və işarələnibsə, işarəni çıxarın.
    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər