Ronaldo təqaüdə çıxacağı tarixi AÇIQLADI

Ronaldo təqaüdə çıxacağı tarixi AÇIQLADI
  • İdman

  • Təqaüdə çıxacağı tarixi açıqlayan Kriştiano Ronaldo onu sevənlərə üzücü xəbər verib.

    Asiya.az
    xarici mediaya istinadən xəbər verir ki, jurnalist Piers Morgan Kriştiano Ronaldo ilə müsahibəsinin ən vacib hissəsini paylaşıb. Portuqaliyalı əfsanə "2022-ci il dünya çempionatını qazansaq, 100 faiz təqaüdə çıxacağam”,- deyə bildirib.
    Eyni zamanda o, hər zaman yeni iş təklifləri aldığını söyləyib.
    Ronaldo "350 milyon avro maaşdan imtina etdim. Hələ də inanıram ki, çox qol vurub komandama kömək edə bilərəm. Çünki hələ də yaxşı olduğumu bilirəm. Hər zaman tənqidlər olur. Deyirlər ki, onun 37 yaşı var, əvvəlki kimi deyil. Maraqlıdır, görəsən, mənim göstərdiyim səviyyəni göstərə bilərlər?”,- deyə onu tənqid edənlərə də cavabını verib.

    Dünya çempionatını qazanacaqları təqdirdə futbolu tərk edəcəyini açıqlayan Ronaldo "Möhtəşəm bir dünya çempionatı keçirəcəyimə inanıram. Həm fiziki, həm də mənəvi cəhətdən hazıram. Qalib olsaq, 100% təqaüdə çıxacağam. 40 yaşına qədər oynaya bilərəm, amma 40 yaşa qədər qalib gəlsək, təqaüdə çıxacağam”,- deyib.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər