İranda futbol komandasının ABŞ-a uduzması bayram kimi keçirildi – FOTO

İranda futbol komandasının ABŞ-a uduzması bayram kimi keçirildi – FOTO
  • İdman

  • İranın dünya çempionatında ABŞ-a məğlub olmasından sonra müxalifətçilər məğlubiyyəti bayram ediblər.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, İranın Qətərdə keçirilən 2022 FİFA Dünya Çempionatında ABŞ-la oynadığı matçda məğlub olmasından sonra müxalifləri sevinclərini izdihamda nümayiş etdirmək üçün küçələrə axışıblar.Onlar küçələrə axışaraq, məğlubiyyəti şüarlar səsləndirərək, atəşfəşanlıq ediblər. Ölkənin bir çox yerində - Tehran, Gurve, Reşt, Qorqan, Cevanrud, Ərdəbil, Urmiyə, Senendec, Merivan, Dezful, Əhvaz, Zencan, Mahabad, Sakkız və Kamyaran kimi bir çox şəhərlərində eyni hadisə baş verib.
    Qeyd edək ki, ABŞ komandası bu qələbə sayəsində1/8 final mərhələsinə yüksəlib, İran isə dünya çempionatında mübarizəni dayandırmalı olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər