Türkiyə xalqını təhqir edən İlyas Salman barəsində QƏRAR VERİLDİ

Türkiyə xalqını təhqir edən İlyas Salman barəsində QƏRAR VERİLDİ
  • Cəmiyyət

  • Sosial media hesabında türk millətini təhqir edən ifadələr işlətməsi iddiası ilə 2 ilə qədər həbs cəzası alan aktyor İlyas Salman bəraət qazanıb.

    Asiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabında türk millətinin ünvanına təhqiramiz ifadələr işlətdiyi iddiası ilə 2 ilə qədər həbs cəzası ilə mühakimə olunan aktyor İlyas Salmanın məhkəməsi bu gün keçirilib. 54-cü Cəza Məhkəməsində keçirilən prosesdə İlyas Salman iştirak etməsə də, vəkili iştirak edib.Prokuror son iclasın mahiyyəti ilə bağlı fikirlərini açıqlayaraq, müttəhimin türk millətini "axmaq adamlar” adlandırdığına görə İlyas Salmanın "türk millətini alçaltmaq” ittihamı ilə 6 aydan 2 ilə qədər həbs edilməsini istəyib.İclasda söz alan İlyas Salmanın vəkili "Müvəkkilimin ifadələri fikir azadlığı çərçivəsində qiymətləndirilməlidir. Onun ifadələri digər vətəndaşlardan daha sərt ola bilər. O, məşhur sənətçidir. Biz onun bəraət almasını tələb edirik”, - deyə bildirib.

    Qərarını açıqlayan məhkəmə "Türk millətini ictimai alçaltmaq” cinayətinin ünsürlərinin baş vermədiyini bildirərək İlyas Salman barəsində bəraət hökmü çıxarıb.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər