Asiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Arab News” ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.
İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, "əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.
Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.