Boş qalan deputat yerləri üçün niyə seçki keçirilmir?

Boş qalan deputat yerləri üçün niyə seçki keçirilmir?
  • Siyasət / Araşdırma

  • Milli Məclisdə 7 deputat yerinin hələ də boş qalması, boş qalan yerlər üçün hələ də seçkinin keçirilməməsi qanunvericiliyə ziddir. Qanunda da yazılıb ki, əgər deputat yerləri boşdursa və seçkilərin keçirilməsinə müəyyən bir müddət qalıbsa, seçkilər mütləq mənada keçirilməlidir.

    Bu sözləri Tribunainfo.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib. O qeyd edib ki, bu təxminən 350.000 azərbaycan seçicisinin millət vəkili olmadan qalması deməkdir:
    “Onların qayğılarının, problemlərinin milli məclisdə səsləndirilməməsi deməkdir. Seçkilər sonuncu dəfə 2020-ci ilin fevralında keçirilib. Elə o vaxtdan 4 dairənin nəticələri ləğv edilib. Daha sonra rəhmətə gedənlər oldu, işi ilə əlaqədar deputatlıq fəaliyyətinə xitam verənlər oldu.

    Hesab edirik ki, 7 deputat yerinin boş qalması düzgün deyil, ümmumiyyətlə, parlamentlə bağlı məsələyə düzgün yanaşma deyil. Amma bizim partiya olaraq başqa mövqeyimizdə olub bu illər ərzində. Mövqeyimiz bundan ibarətdir ki, ilk olaraq referendum keçirilməlidir, praporsianal seçki sistemi bərpa olunmalıdır. Hələ parlament seçkilərinə 3 ilə qədər vaxt qalıb, növbəti seçkilər 2025-ci ildə olacaq. Ona qədər heç olmasa o yerlərə seçkilər olmalıdır və parlament tam olaraq komplektləşdirilməlidir. Çünki bir daha deyirəm, onsuzda 125 deputatımız var və 6-7 yer boşdur. Onsuz da 125 deputatə ölkəni əhatə eləmək baxımından çox az hesab edirik. Eyni zamanda, yerlərin boş saxlanılması və seçkilərin keçirilməməsi qanunvericiliyə də ziddi. Bu bütövlükdə Azərbaycan seçicilərinin hüquqlarının pozulması deməkdir”.
    Partiya sədri həmçinin bildirib ki, parlamentdə deputat sayı da artırılmalıdır:
    “Bizim belə bir təklifimiz olub. Çünki 1995-ci il konstitusiyası ilə 125 deputatın parlamentdə təmsilçiliyi nəzərdə tutulub, o zaman Azərbaycan əhalisi 7 milyon idi, indi isə 10 milyondan artıqdır. Buna görə də deputat sayında da dəyişiklik edilməlidir”.
    Nigar
    PAYLAŞ:

    Oxşar xəbərlər