Poroşenko milyarder statusunu itirdi

Poroşenko milyarder statusunu itirdi
  • İqtisadiyyat

  • Ukraynanın eks-prezidenti Petro Poroşenko milyarder statusunu itirib.

    Bu barədə "Forbes Ukraine" nəşrinin yaydığı reytinqdə bildirilir.

    Belə ki ən varlı 20 ukraynalı sahibkarın reytinqi dərc olunub. Onların sərvəti 20 milyard dollardan çox azalıb.

    Siyahıda Poroşenko 12-ci yeri tutub. Qeyd edilib ki, onun sərvəti 1,6 milyard dollardan 730 milyon dollara qədər azalıb. 

    Milyarderlərin siyahısına Rinat Axmetov başçılıq edir. Onun sərvəti 9 ay ərzində 13,7 milyard dollardan 4,4 milyard dollara enib. Buna baxmayaraq, Axmetov Ukraynanın ən varlı şəxsi olaraq qalır. 
    PAYLAŞ:

    Oxşar xəbərlər