Azərbaycan Qətərə yeni səfir təyin etdi

Azərbaycan Qətərə yeni səfir təyin etdi
  • Siyasət / Araşdırma

  • Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Asiya.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər