Azərbaycanın Qazaxıstandakı və Belarusdakı səfiri dəyişib - SƏRƏNCAM

Azərbaycanın Qazaxıstandakı və Belarusdakı səfiri dəyişib - SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Rəşad Eynəddin oğlu Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Asiya.az-ın xəbərinə görə, Prezidentyin imzaladığı digər sərəncamla Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

    Asiya.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Prezident İlham Əliyevin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər