İranın sabiq prezidentinin qızı beş il müddətinə azadlıqdan məhrum edildi

İranın sabiq prezidentinin qızı beş il müddətinə azadlıqdan məhrum edildi
  • Hadisə

  • İran məhkəməsi ölkə parlamentinin keçmiş üzvü, qadın hüquqları müdafiəçisi, İranın keçmiş prezidenti Haşemi Rəfsəncaninin qızı Faezə Rəfsəncaniyə hökm oxuyub.

    Hökmə əsasən, Faezə Haşimi-Rəfsəncani beş il müddətinə azadlıqdan məhrum edilib.

    Məlumatı Faezə Rəfsəncaninin vəkili Nida Şəmsi yayıb.

    60 yaşlı qadına qarşı "ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” və "mövcud hakim sistemə qarşı əks-təbliğat” ittihamları irəli sürülüb.

    Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər