Hüzn Günündə dini şüarlar səsləndirənlər həbs olundu - Rəsmi

Hüzn Günündə dini şüarlar səsləndirənlər həbs olundu - Rəsmi
  • Hadisə / Manşet

  • Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.

    Asiya.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:

    "Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir”
    PAYLAŞ:

    Oxşar xəbərlər