“TikTok”da yenilik – Videolara baxmaq ödənişli olacaq

“TikTok”da yenilik – Videolara baxmaq ödənişli olacaq
  • Maraqlı

  • Tezliklə bəzi "TikTok” videoları ödənişli olaraq istifadəçilərə göstəriləcək.

    Asiya.az xəbər verir ki, bu yolla platforma gəlirlərini artırmağı planlaşdırır.

    Məlumata görə, "TikTok” məzmun istehsalçılarına müəyyən videolara daxil olmaq üçün pul almağa imkan verəcək. Ancaq bu sistemin necə işləyəcəyi hələlik məlum deyil.

    Pandemiya dövründə ABŞ-da platformadan istifadə edənlərin sayı artsa da, son vaxtlar durğunluq müşahidə olunur.

    Bu səbəbdən Çin mərkəzli proqram istifadəçilərə yeni pul qazanma imkanları təqdim edərək diqqəti yenidən platformaya çəkmək istəyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər