Masallıda “Heydər Əliyev və media” adlı konfrans və media tur baş tutub - VİDEO/FOTOLAR

Masallıda “Heydər Əliyev və media” adlı konfrans və media tur baş tutub - VİDEO/FOTOLAR
  • Masallı / Cəmiyyət / Araşdırma / Siyasət

  • “Heydər Əliyev ili” çərçivəsində Masallıda “Asiya.az” xəbər portalının təşkilatçılığı, millət vəkilləri və jurnalistlərin iştirakı ilə “Heydər Əliyev və media” adlı konfrans və media-tur baş tutub.

    Tədbirdə millət vəkilləri Anar İsgəndərov, Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin müvəqqəti icra edən Adəm Məhərrəmov, YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, media nümayəndələri və tələbələr iştirak edib.

    Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin Masallı şəhərində ucaldılan abidəsini və şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən “Qəhrəmalar parkı” abidə kompleksini ziyarət edilib, abidələr qarşısına gül dəstələri düzüblər.
    Media nümayəndələri Heydər Əliyev parkında görülən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olduqdan sonra Masallı Tarix – Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Muzey direktoru Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva iştirakçıları muzeydə qorunan eksponantlarla tanış edib. 

    Sonra muzeyin konfrans zalında Masallı Regional Kollecinin tələbələrinin iştirakı ilə Ümummilli liderin Azərbaycan mətbuatındakı rolu ilə bağlı “Heydər Əliyev və media” adlı konfrans keçirilib. 
    Konfrans Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutu ilə başlayıb.

    Tədbirin təşkilatçısı “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində media nümayəndələrinin iştirakı ilə Masallı rayonunda konfrans və media tur keçirməkdə məqsədin Ulu öndərin mətbuatın inkişafına, söz azadlığına hər zaman diqqət və qayğı göstərməsini təbliğ etmək, onun gənc nəsillərə çatdırmaq olduğunu bildirib. 
    Çıxış edən millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, "Tribuna" İnformasiya Agentliyinin rəhbəri Əlişir Əhəd, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli, "Pravda.az" xəbər portalının baş redaktoru İlkin Pirəli, “Yeni Həyat” qəzetinin əməkdaşı Akif Ağayev, "Azadmedia.az" xəbər portalının müxbiri Rəmzi Şahverdiyev ümummili lider Heydər Əliyevin Azərbaycan mətbuatındakı əvəzsiz rolundan danışıblar.

    Sonra media-tur iştirakçıları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Viləşçay Su Anbarı İstismarı İdarəsində olublar. İdarə rəisi Rusif Kərimov, sahə rəisi İlham Vəliyev jurnalistləri idarənin iş prosesi ilə tanış edib. 

    Daha sonra idarə əməkdaşları və jurnalistlərin iştirakı ilə ulu öndərin yubileyi münasibətilə idarənin həyətində rəmzi olaraq 100 ağac əkiblər.




    PAYLAŞ:

    Oxşar xəbərlər