Ebru Gündeş Rza Zərrabı məhkəməyə verdi

Ebru Gündeş Rza Zərrabı məhkəməyə verdi
  • Mədəniyyət

  • Türkiyədə "Halkbank” məhkəmə işindən sonra ABŞ-yə qaçan Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən məhkəməyə verilib.

    Asiya.az BAKU.WS-ə istinadən xəbər verir ki, Şimali Makedoniya vətəndaşı olan Rza Zərrab Türkiyəyə daxil olacağı təqdirdə həbs olunacağı gözlənilir.

    Məlumata görə, Şimali Makedoniya vətəndaşı olduğu üçün qanuni hüquqlarından istifadə edən Rza Zərrab qızı Alara üçün bu ölkənin vətəndaşlıq hüququnu əldə edib. O həmçinin keçmiş həyat yoldaşı, tanınmış türkiyəli müğənni Ebru Gündeşdən qəyyumluğun aradan qaldırılması üçün iddia qaldırıb.

    Bu arada Ebru Gündeş barəsində qəyyumluq iddiası qaldıran keçmiş həyat yoldaşı Rza Zərrabla qızı arasında şəxsi münasibətin ləğvi üçün məhkəməyə mürciət edib. Dünən Beykoz 2-ci Məhkəməsində müğənninin iddiası üzrə ilk proses keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər