
"Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çərçili adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata görə, mübahisə su üstündə düşüb.
Faktla bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z.Mirzəyev və V.Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.