ABŞ-də tarixi hadisə: Tramp hakim qarşısına çıxarılır

ABŞ-də tarixi hadisə: Tramp hakim qarşısına çıxarılır
  • Siyasət

  • ABŞ-nin keçmiş prezidenti Donald Tramp kino ulduzu ilə münasibət qurduqdan sonra ona "susmaq” pulu verməsi ittihamı ilə bu gün məhkəmə qarşısına çıxacaq.  

    Asiya.az
    Qərb mediasına istinadən xəbər verir ki, Nyu York dairə məhkəməsində keçiriləcək iclasdan əvvəl şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

    Məhkəmə üçün Floridadan Nyu-Yorka gələn Tramp müşayiət etdiyi karvanla Manhettendəki "Trump Tower"ə gedib.

    Trampın məhkəmə binasında barmaq izi alınacaq və fotoşəkili çəkiləcək. İttihamları rədd edəcəyi gözlənilən Tramp dinləmələrdən sonra Floridaya qayıdacaq və orada çıxış edəcək.

    Qeyd edək ki, Tramp Amerika tarixində ona qarşı ittiham irəli sürülərək hakim qarşısına çıxacaq ilk eks-prezident olacaq.
    Aydın 
    PAYLAŞ:

    Oxşar xəbərlər