Asiya.az bizim.media-ya istinadən xəbər verir ki, iki idarə rəisinin öz ərizələri ilə işdən getməsinin bir neçə səbəbi var.
Şabran Regional İdarəsinin sabiq rəisi Sabit Qurbanov öz ərizəsi ilə işdən getməsini təsdiqləyib. Lakin o, səbəblər barədə danışmaq istəməyib.
Bundan başqa, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin nəzarət şöbəsinin rəisi Ruslan Ənvərlinin maliyyə sektorunun aparıcı məsləhətçisi Taleh Nəbiyevin və abidə mühafizəçisi Elcan Hüseynəliyevin də öz ərizələri ilə işdən getdikləri bildirilir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ barədə məlumat veriləcəyini bildirib.