Co Bayden Ledi Qaqaya vəzifə verdi

Co Bayden Ledi Qaqaya vəzifə verdi
  • Siyasət

  • Məşhur aktyor Corc Kluni və müğənni Ledi Qaqa ABŞ prezidenti Co Baydenin mədəniyyət və incəsənət üzrə yeni müşavirləri təyin olunublar.

    Asiya.az Qərb mediasına istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Baydenin prezidentin mədəniyyət və incəsənət siyasəti ilə bağlı məsləhətlər verən İncəsənət və Humanitar Elmlər Komitəsinə təyin etdiyi yeni adlar açıqlanıb.

    Buna uyğun olaraq, məşhur prodüser Bruce Cohen və məşhur müğənni Ledi Qaqanın həmsədrlik edəcəyi komitənin tərkibinə aktyor Corc Kluni, aktrisa Cennifer Qarner və musiqiçi Con Batiste kimi ulduz adlar daxil edilib.

    Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp dəfələrlə Prezidentin İncəsənət və Humanitar Elmlər Komitəsinin ləğvinin tərəfdarı olub, lakin bu səmərəsiz olub.
    Mikayıl
    PAYLAŞ:

    Oxşar xəbərlər