Masallıda yeni kadr dəyişiklikləri olub

Masallıda yeni kadr dəyişiklikləri olub
  • Araşdırma / Siyasət

  • Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov yeni kadr dəyişiklikləri ilə bağlı bir neçə Sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun 13 aprel 2023-cü il tarixli müvafiq Sərəncamı ilə Vəli Əliheydər oğlu Muxtarov Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə, Nahid Valeh oğlu Həsənov aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə, Əlimərdan Rəcəb oğlu Abdullayev aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsindən azad edilərək İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunmuşlar.

    Rayon İcra Hakimiyyəti Başçısının digər Sərəncamı ilə Zahid Ayaz oğlu Sadıxov Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər