Masallı sakinindən avtomat və narkotik aşkarlandı - FOTO

Masallı sakinindən avtomat və narkotik aşkarlandı - FOTO
  • Masallı / Hadisə / Manşet

  • Masallı sakinindən “Kalaşnikov” avtomatı və narkotik aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Nuriyev saxlanılıb.

    Keçirilən baxış zamanı onun üzərindən yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində E.Nuriyevin Masallı şəhəri ərazisində yerləşən istifadəsiz yarımtikilidə gizlətdiyi 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd daraq və 4 ədəd patron aşkarlanıb.

    Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər