Masallı Vərəm Dispanserinin baş həkimi ölkədən qaçdı - SƏBƏB

Masallı Vərəm Dispanserinin baş həkimi ölkədən qaçdı - SƏBƏB
  • Hadisə / Araşdırma


  • Masallı Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyev Rusiya Federasiyasına qaçıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə məlumatı Aztimes.az xəbər portalı baş həkimə yaxın mənbələrə istinadən yayıb.

    Səbəb kimi onun külli miqdarda borcunun olması göstərilir. Nəzərinizə çatdıraq ki, bir müddət öncə Mirrəhim Nəbiyevin iki gün öncə 3 il müddətinə azadlıqdan mərhum edilən Spartak Nadirova 300 min manat məbləğində sələm borcunun olduğu üçün intihara cəhd etdiyi xəbəri də yayılmışdı. 
    Baş həkim Asiya.az-a açıqlamasında intihara cəhd xəbərinin yalan olduğunu bildirmişdi.

    Mirrəhim Nəbiyevin xarici ölkəyə qaçmaq məlumatını dəqiqləşdirmək üçün TƏBİB, Masallı Rayon Mərkəzi Xəstəxanası, eləcə də Masallı Vərəm Dispanseri ilə əlaqə yaratmağa çalışsaq da zənglərimizə cavab verən olmadı.
    //Asiya.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər