İCBARİ TİBBİ SIĞORTA AGENTLİYİ “BADAM” KLİNİKASINA CƏZA VERDİ – RƏSMİ TƏSDİQ

İCBARİ TİBBİ SIĞORTA AGENTLİYİ “BADAM” KLİNİKASINA CƏZA VERDİ – RƏSMİ TƏSDİQ
  • İqtisadiyyat / Araşdırma

  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Badam” Medical Centerə şikayət əsasında embarqo qoyub.

    Asiya.az xəbər verir ki, şikyətlə əlaqədar bir ay ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən klinikaya xəstə verilməyəcəyi deyilir. Bu, klinikanın ay ərzində 300-400 min manat ziyan etməsi deməkdir.
    Klinikanın cəzalanmasına səbəb isə “Badam” klinikasındakı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçilərinin poliklinika işçilərini bezdirməsi olub. Məlumata görə, klinikadakı sığorta agenliyi işçiləri poliklinika işçilərini bezdiriblər ki, göndərişlə xəstəni bizim klinikaya göndərin.
    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Tribunainfo.az-a faktı təsdiqləyiblər.

    Agentlikdən saytımıza bildirilib ki, klinika müqavilə şərtlərini yerinə yetirə bilmədiyi üçün cəzalandırılıb:
    ”“Badam” Medical Center bağlanmış müqavilə şərtlərini tam yerinə yetirə bilmədiyinə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sözügedən tibb mərkəzinə müvəqqəti olaraq göndəriş vərəqələrinin verilməsi dayandırılıb. Tibb mərkəzində nöqsanlar aradan qaldırıldıqdan sonra göndərişlərin verilməsi bərpa olunacaq”.
    “Badam” Medical Centerden də mövzu ilə bağlı açıqlama veriləcəyi bildirlib.//Tribunainfo.az
    PAYLAŞ:

    Oxşar xəbərlər