Masallılı xanım alim oldu

Masallılı xanım alim oldu
  • Masallı / Cəmiyyət

  • Əslən Masallı Rayonunun Eminli kəndindən olan Lalə Məhərrəmova alimlik dərəcəsi alıb. 

    Lalə Gülbala qızı Məhərrəmova Ali Attestasiya Komissiyasi Kollegiyasının 14.04.2023-cü il tarixli qərarı ilə Kimya elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

    1 saylı Masallı şəhər məktəbinin məzunu olan Lalə xanım 2006-cı ildə Bakı Dövlət Universitetinə daxil olub.

    2010-cu ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2013 cü illərdə magistratura təhsili alıb. 

    2015-ci ildə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna doktoranturaya daxil olub.

    2015 ci ildən BDU-nun Kimya fakültəsində Fiziki və Kolloid Kimya kafedrasında çalışır. Ailəlidir, iki övladı var.
    Lalə xanımın anası Saniyə Eminova tanınmış pedaqoqdur. O, Bakı şəhəri 3 sayı tam orta məktəbdə çalışır. 

    Rəmzi Bağırov,
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər