Kiyevə hücumun ANBAAN görüntüləri yayımlandı - VİDEO

Kiyevə hücumun ANBAAN görüntüləri yayımlandı - VİDEO
  • Hadisə / Manşet

  • Mayın 4-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtına növbəti dəfə hava hücumu həyata keçirib.

    Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Kiyevdən son məlumatları çatdırıb.

    Onun sözlərinə görə, paytaxt son bir həftədə artıq 4-cü dəfə hava hücumuna məruz qalıb:

    "Bu dəfə hücumlar Kiyevin mərkəzi hissəsində müşahidə olundu. Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemləri dronların əksəriyyətini havada ikən məhv etdi”.

    Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanovun sözlərinə görə, vurulan pilotsuz uçuş aparatı binalardan birinin üzərinə düşərək yanğına səbəb olub.

    Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:
     
    PAYLAŞ:

    Oxşar xəbərlər