Ukrayna Rusiyanın itkilərini açıqladı – 5300 ölü, 200 tank…

Ukrayna Rusiyanın itkilərini açıqladı – 5300 ölü, 200 tank…
  • Manşet / Hərb

  • Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

    Asiya.az bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar “Facebook”da paylaşım edib.

    Onun sözlərinə görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiyanın qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 “BUK” zenit-raket kompleksi, 21 “Qrad” qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.

    O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.

    Ukraynanın müdafiə rəsmisi bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər