Masallıda konfrans zalının açılışı oldu – VİDEO/FOTOLAR

Masallıda konfrans zalının açılışı oldu – VİDEO/FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi münasibətilə Masallı şəhər Heydər Əliyev Mərkəzində konfrans zalının açılış mərasimi olub.

     

    Asiya.az xəbər verir ki, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, millət vəkilləri, ziyalılar, media nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

     

    Tədbir öncəsi mərasim iştirakçıları mərkəzin qarşısında Ulu öndərin şərəfinə ucaldılan heykəlin və Masallı şəhidlərinin xatirəsinə inşa edilən “Qəhrəmanlar parkı” abidə kompleksinin qarşısına gül dəstələri düzüblər.

     

    Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun təşəbbüsü, millət vəkili Məşhur Məmmədovun maliyyə dəstəyi ilə yeni inşa edilən müasir standartlara cavab verən 400 yerlik konfrans zalına baxış keçirib, “Heydər Əliyev” parkında görülən abadlıq-quruculuq işləri ilə tanış olublar.

     

    Daha sonra tədbir iştirakçıları Mərkəzdə təşkil olunan “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçiriblər.

     










    PAYLAŞ:

    Oxşar xəbərlər