ABDİN FƏRZƏLİYEVDƏN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU: YENƏ QANUNSUZ TİKİNTİ… – VİDEO

ABDİN FƏRZƏLİYEVDƏN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU: YENƏ QANUNSUZ TİKİNTİ… – VİDEO
  • İqtisadiyyat / Araşdırma

  • Abşeron rayonunun Xırdalan şəhərindən olan sakin Elçin Muradov Prezidentə şikayət ünvanlayıb. 

    Tribunainfo.az məlumat verir ki, o, Xırdalandakı məktəbin üç metr məsafəsində bina inşa edildiyini bildirib. Onların sözlərinə görə, tikinti qanunsuz və sənədsiz inşa olunur. Bu məsələ barədə rayon icra başçısı Abdin Fərzəliyevə müraciət edilib. Lakin nəticəsi olmayıb. Şikayətçi qeyd edir ki, buna səbəb tikintiyə icazə üçün alınan rüşvətdir. Ona görə də vətəndaşların qanunsuz tikinti barədə narazılığına məhəl qoyulmur. Şikayətçi bildirib ki, Arxitektura və Şəhərsalma Komitəsinə məktub göndərilib, tikintinin qanunsuz olduğu barədə cavab verilib. “Dəfələrlə şikayətlər edilib, amma tədbir görülməyib. Bu tikintiyə razılıq verənlər pul alıb imkan yaradırlar. Hətta mənə də pul təklif edilib ki, geri çəkilim. Amma mən buna razı olmamışam. Biz prezidentdən cavab gözləyirik və bu qanunsuz binanın sökülməsini xahiş edirik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər