Aktyor Rza Rzayev həbs olundu

Aktyor Rza Rzayev həbs olundu
  • Cəmiyyət

  • Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

    Asiya.az
    APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

    Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.
    Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər