"Report"un cənub bürosunun məlumata görə hadisə rayonunun Xanbulan yolu adlandırılan Hirkan - Daşdatük - Biləsər yolunda baş verib. Belə ki, Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistlərin olduğu avtobusla toqquşub.
Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Yaralılar Təcili Tibbi Yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olduğundan sürücü R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır. Şakir Həbibov rayonda tanınmış riyaziyyat müəllimi, Tahir Zülfüqarov isə uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb.
Faktla bağlı araşdırma aparılır.