
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarina rayonun Heydər Əliyev prospektində baş verib. "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.Xəsarət alan şəxslərin adı aşağıdakı kimidir:
Əli Elçin oğlu İsmayılov (2004);
Raul Vasif oğlu Axundov (2000);
Asif İsa oğlu Sadiqov (1971);
Kənan Cəmil oğlu Rəhimov (1999).
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
İlkin Rzayev