Masallıda Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi – VİDEO/FOTOLAR

Masallıda Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi – VİDEO/FOTOLAR
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Masallı rayonunda yazıçı-publisist Nurəddin (Ədiloğlu) Muğanlının 65 illik yubileyi qeyd edilib.

    Asiya.az
    xəbər verir ki, yubiley tədbirindən öncə rayon rəhbərliyi, yubliyar və qonaqlar Ümummilli lider Heydər Əliyevin rayonda ucaldılan heykəlini və “Qəhrəmanlar parkı” abidə kompleksini ziyarət etdilər.

    Masallı rayonu Heydər Əliyev Mərkəzində şəhid ailələri, rayon ictimayəti, ziyalılar, elm adamları, yazıçı və media nümayəndələrinin iştirakı ilə keçirilən yubiley tədbirinə aparıcılıq edən AYB-nin üzvü, şair Ağacəfər Həsənli yubliyar haqqında qonaqlara geniş məlumat verdi.

    Çıxış üçün ilk söz Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova verildi. İcra başçısı 65 yaşı tamam olan yazıçını təbrik edərək, onun yaradıcılığı ilə tanış olduğunu, kitablarını mütailə etdiyini bildirdi. 

    Sonra Nurəddin Ədiloğlunun yaradıcılıq fəaliyyətindən və mənalı həyat yolundan bəhs edən videoçarx nümayiş edildi.

    Nümayişdən sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Filologiya elmləri üzrə fəlsəfə doktoru Bilal Alarlı, LDU-nin professoru Yədulla Ağazadə, şərqşünas Əli Rzazadə, yazıçı Meyxoş Abdulla, Hərbi jurnalist Mahir Cavadlı, yazıçı İlqar Əhmədoğlu, “Cənub.az” xəbər portalının baş redaktoru Zahir Əmənov, “Yurd” jurnalının baş redaktoru, yazıçı Balayar Sadiq və digərləri Nurəddin Ədiloğlunu təbrik edib, ona yaradıcılıq uğurları arzuladılar.

    Rəsmi hissədən sonra Nurəddin Ədiloğlunun istəyi ilə qonaqlar ötən il 100 illik yubileyi qeyd edilən bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin məzarını ziyarət edib, ruhuna dualar oxudular. 

    Tədbir “Viləş otel” İstirahət Mərkəzində Nurəddin Ədiloğlunun dostları, qələm yoldaşları və ailə üzvlərinin iştirakı ilə davam etdi.





























    PAYLAŞ:

    Oxşar xəbərlər