Bakıda "Qaçaq Mozu" romanının təqdimat mərasimi keçirilib - FOTOLAR

Bakıda "Qaçaq Mozu" romanının təqdimat mərasimi keçirilib - FOTOLAR
  • Mədəniyyət / Manşet

  • Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı-publisist Nurəddin Ədiloğlunun müəllifi olduğu "Qaçaq Mozu" romanının təqdimat mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, tədbiri giriş sözü ilə şair Balayar Sadiq açıb. Müəllifin yaradıcılığı haqqında filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, yazıçı Kənan Hacı, rejissor Elçin Məmiyev, yazıçı-tərcüməci Əli Rzazadə, "Yurd" jurnalının redaktoru Zəhra Səfəralıqızı, "Füyuzat" jurnalının baş redaktoru Mubariz Yunis, İlahiyyat üzrə fəsəfə doktoru Əfzələddin Rəhimli, kitabın korrektorlarından biri Gülmirə Ramazanqızı, oxuculardan Peyman Rəhimov Həmzə Rəfiyev çıxış ediblər.

    Sonda yazıçı-publisist Nurəddin Ədiloğlu Beynəlxalq sərginin təşkilatçılarına və təqdimat mərasiminin iştirakçılarına təşəkkürünü bildirib.












    PAYLAŞ:

    Oxşar xəbərlər