Qardaş Fətullayev - 75

Qardaş Fətullayev - 75
  • Cəmiyyət

  • Masallı Gənclər evində rayonun nüfuzlu şəxsiyyətlərindən biri, Masallı Ziyalıları İctimai Birliyinin sədri, rayonda təhsilin inkişafında əməyi olan "Şərəf nişanı" ordenli, "Əmək igidliyinə görə" və "Tərəqqi" medallı Qardaş Məhərrəm oğlu Fətullayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, iştirakçılar eyni zamanda Filologiya elmləri doktoru, tənqidçi alim Vaqif Yusiflinin yubilyara həsr etdiyi "Həyatla üz-üzə" kitabının təqdimatını da keçiriblər.

    Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Lənkəran - Astara Regional təhsil idarəsi Masallı sektorunun müdiri Qoşqar Hətəmov yubilyarın ömür yoluna səyahət edib. 

    RİHB-nin müavini Aybəniz Qafarova çıxış edərək rayon rəhbərinin təbrik məktubunu və hədiyyəsini yubilyara çatdırmışdır.

    Milli Məclisin deputatlartı - Anar İsgəndərov və Məşhur Məmmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev Q.Fətullayevə xoş arzularını bildirib, ona hədiyyə təqdim etdilər.

    Filologiya elmləri doktoru, "Həyatla üz-üzə" kitabının müəllifi Vaqif Yusifli, yazıçı - publisist Nurəddin Muğanlı, ADPU-nun baş müəllimi Məlakət Abdullayeva, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, "Asiya.az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov, Sumqayıt Dövlət Universitetinin baş müəllimi, şərqşünas - yazıçı Əli Rzazadə, şair-publisist Süleyman Əlisa, Fəlsəfə doktoru Əsmər Hüseynova, Azərbaycan Dövlət İncəsənət Universitetinin baş müəllimi, jurnalist - publisist Zakir Abbas, Lənkərandan şair Ağamir Cavad, şair Ağacəfər Həsənli və başqaları çıxış edərək yubilyara xoş arzularını çatdırıblar.

    Yubilyar Qardaş Fətullayev 75 illik yubileyinin keçirilməsinə görə Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov və iştirakçılara minnətdarlığını bildirib.
    Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.











    PAYLAŞ:

    Oxşar xəbərlər