Zəhərlənmə hadisəsi rayonun Şovu kəndində baş verib. Belə ki, bu gün səhər ailə üzvləri tort şirniyyatı yeyiblər. Bir müddətdən sonra səhhətlərində problem yaranıb, özlərini pis hiss ediblər.
Onlara ilkin olaraq zəhərlənmə diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib. İlkin məlumata görə ailə üzvləri 3 gün əvvəl bişirilən şirniyyatdan istifadə ediblər. Zəhərlənmənin istifadə olunan ərzaq məhsullarının keyfiyyətsiz olması və ya şirniyyatın saxlanmasına düzgün riayət edilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.