Tanınmış jurnalist Zülfüqar Hüseynzadə vəfat etdi

Tanınmış jurnalist Zülfüqar Hüseynzadə vəfat etdi
  • Cəmiyyət

  • "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

    Asiya.az xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

    Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

    Z. Hüseynzadənin 52 yaşı vardı.

    Allah rəhmət etsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər