Asiya.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.
Qeyd edilib ki, beynində bədxassəli şiş aşkarlanmış N.Nəsirli bu ayın əvvəlində əməliyyat olunmaq üçün Türkiyəyə gedib. O, sentyabrın 14-ü və 18-də iki ağır əməliyyat keçirib. Əməliyyatlardan sağ çıxsa da, bu gün - sentyabrın 29-da vəfat edib.
N.Nəsirli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu idi. AzTV-də və digər KİV-lərdə, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri vəzifəsində çalışmışdı.
Son illər kənd təsərrüfatı üzrə ekspert qismində çıxışlar edirdi. Mərhumun bir qız, bir oğlan övladı var.
Allah rəhmət eləsin...