Qənirə Paşayeva Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olundu

Qənirə Paşayeva Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olundu
  • Cəmiyyət / Manşet

  • Milli Məclisin Mədəniyyət Komitəsi sədri QənirəPaşayeva Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olunub.

    Asiya.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Temirbek Jurgenov adına Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olunub.

    Akademiyanın qızıl medalını təqdim edən rektor, Qazaxıstanın Əməkdar xadimi, "Hörmət" ordeni kavaleri Əzəmət Satıbaldı Q.Paşayevanın mədəniyyət, incəsənət sahəsində mütəxəssislərin hazırlanması, gənc istedadların üzə çıxarılması, onlara qayğı göstərilməsi sahəsində göstərmiş olduğu xidmətlərdən, eləcə də, qardaş ölkələrimiz arasında mədəni əməkdaşlığa verdiyi töhfələrdən söz açıb.

    Bu təltifə görə şərəf və eyni zamanda məsuliyyət duyduğunu söyləyən Q.Paşayeva, nəcib diqqət, təltif və etimada görə, rektora, akademiyanın kollektivinə öz minnətdarlığını bildirib.

    Q.Paşayeva Xudafərin körpüsünün əks olunduğu dekorativ tətbiqi sənət əsərini rektora hədiyyə edib, habelə müəllifi olduğu "Qardaş ölkəm Qazaxıstan” kitabını, qazaxca çıxmış – həmmüəllifi olduğu kitablarını imzalayıb.

    Komitə sədri Akademiya rəhbərliyini Azərbaycana səfərə dəvət edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər