Millət vəkili Qənirə Paşayeva Xalq şairi Fikrət Qocanı yubileyi münasibətilə təbrik etdi - FOTO

Millət vəkili Qənirə Paşayeva Xalq şairi Fikrət Qocanı yubileyi münasibətilə təbrik etdi - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xalq şairi, AYB-nin I katibi Fikrət Qocanı 85 illik yubileyi münasibətilə təbrik edib.

    "Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi münasibəti ilə Yazıçılar Birliyində olduq. Hörmətli şairimizi həm yubileyi, həm də cənab Prezidentin imzası ilə “İstiqlal” ordeni ilə təltif olunması münasibəti ilə təbrik etdik.

    Görkəmli şairimizi Milli Məclisin Mədəniyyət komitəsi adından və şəxsən öz adımdan təbrik edərkən, onun uzun illər ədəbiyyatımıza yorulmadan xidmət etdiyini, söz sənətimizi zənginləşdirdiyini, klassiklərin ənənələrini yeni məzmun və formalarda davam və inkişaf etdirdiyini, Yazıçılar Birliyinin rəhbərlərindən biri kimi də, ictimai-mədəni mühitimizdə özünəməxsus rola, nüfuza malik olduğunu vurğuladıq.

    Fikrət müəllimin təqdirəlayiq fəaliyyəti, ədəbiyyat qarşısında xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymət alıb. 85 illik yubileyi münasibəti ilə ali ordenlə təltif olunması bu qiymətin parlaq təcəssümüdür. Ustad şairimizi bir daha təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!

    Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri
    "
    Millət vəkili Qənirə Paşayeva Xalq şairi Fikrət Qocanı yubileyi münasibətilə təbrik etdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər