Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb

Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb
  • Lənkəran / Hadisə

  • Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb.

    "Report”un məlumatına görə, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində, dəniz sahilində qeydə alınıb.
    Belə ki, FHN-ə daxil olan məlumat əsasında Cənub Regional Mərkəzinin Sularda Xilasetmə dəstəsi əraziyə cəlb olunub. Yerli sakinlərin də iştirakı ilə batan gəncin xilasetmə axtarışı aparılıb.
    Nəticədə rayonun Cil kənd sakini 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər