Daşkəsəndə şəhid ailələrinə bayram sovqatı paylanıb - FOTOLAR

Daşkəsəndə şəhid ailələrinə bayram sovqatı paylanıb - FOTOLAR
  • Sosial

  • Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilərək onlara ərzaq bağlaması verilib.

    Asiya.az xəbər verir ki, şəhidlərin ailə üzvləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik olunub.

    Görüşlərdə bildirilib ki, ölkəmizdə son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, qazi və müharibə iştirakçılarına diqqət və qayğı yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Daşkəsən Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə bu kateqoriyadan olan vətəndaşların qayğıları ilə daim yaxından maraqlanır, əməli ardıcıl tədbirlər həyata keçirir. 

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





    PAYLAŞ:

    Oxşar xəbərlər