
Hadisə Cəlilabad şəhər avtovağzalı ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı "Mercedes" markalı minik avtomobili daş hasara çırpılıb. Qəza nəticəsində 1976-cı il təvəllüdlü Mirfəttah Təhməzov və qızı, 2012-ci il təvəllüdlü V.Təhməzova xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.