Masallıda “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirildi

Masallıda “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirildi
  • Masallı / Cəmiyyət

  • İyulun 20-də Masallıda Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar tədbir keçirilib.

    “22 İyul Milli Mətbuat və Jurnalistika Günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı və “Respublika” qəzetinin təşəbbüsü ilə Heydər Əliyev İli çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilmişdir. 

    Kütləvi informasiya vasitələrinin rayon mətbuatı və Cənub bölgəsi üzrə nümayəndələrinin iştirak etdiyi ənənəvi tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov giriş sözü açaraq hamını salamlamış və “22 İyul Milli Mətbuat və Jurnalistika Günü” münasibəti ilə peşə sahiblərini təbrik etmişdir. Daha sonra A.Əhmədov çıxış edərək bildirmişdir ki, 148 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” bəlkə də necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. Amma bir məsələ faktdır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atan Azərbaycan mətbuatı ötən 148 ildə böyük inkişaf yolu keçib. 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzetində Həsən bəy Zərdabi türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını arzulayırdı və cəmiyyətə dilin verilməsini mütləq sayırdı. .“Əkinçi” ilə başlanan bu estafet sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şahtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, “Həyat”, Əhməd bəy Ağaoğlunun yaradıcısı olduğu “İrşad”, “Füyuzat” kimi mübariz mətbu orqanlarla davam etdirildi. O vaxtdan ötən 148 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
     
    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkə prezidentinin sərəncamı ilə «Əkinçi» qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.

    Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. Bütün ölkə jurnalistləri Ulu öndəri ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq görüldü.

    Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bütün bunların nəticəsidir ki, cənab  İlham Əliyev üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Mətbuat sahəsində atılan davamlı addımlar  təsdiqləyir ki,  Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.
    Daha sonra “Respublika” qəzetinin cənub bölgə müxbiri Əlisəfa Həsənov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihuseyn Şükürov, “Azərbaycan” qəzetinin cənub bölgə müxbiri Seyran Cavadov, cenub.az regional xəbər saytının rəhbəri Zahir Əmənov, "Masallı Xəbərləri" səhifəsinin rəhbəri Rauf Cəbiyev, Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev “22 İyul Milli Mətbuat və Jurnalistika Günü” ilə əlaqədar geniş çıxış etmişlər.

    Görüşdə Qarabağ müharibəsi zamanı şəhid olan jurnalistlərin xatirəsi ehtiramla anılıb.

    Mətbuat Günü münasibətilə keçirilən görüşün Masallıda ənənə halını aldığını vurğulayan jurnalistlər buna görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
    Sonda xatirə şəkilləri çəkdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər