Masallıda Mətbuat Günü qeyd edildi - FOTOLAR

Masallıda Mətbuat Günü qeyd edildi - FOTOLAR
  • Manşet / Cəmiyyət

  • Masallı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Masallıda Milli Mətbuat və Jurnalistika Günü qeyd edildi.

    Kütləvi informasiya vasitələrinin rayon mətbuatı və Cənub bölgəsi üzrə nümayəndələrinin iştirak etdiyi ənənəvi tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısnın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, RİHB-nın Masallı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyev, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, Əməkdar jurnalist Bağır Əliyev, bölgə müxbirlərindən Əli Nəcəfxanlı (“Xalq” qəzeti), Seyran Cavadov (“Azərbaycan” qəzeti), Əlisəfa Həsənov (“Respublika”qəzeti), Pərvanə Əliyeva (“AzTv”), Elvin Əkbərov (“XəzərTv”), Rövşən Əzimov (“SpaceTv”), Rəhman Məlikov (“İctimaiTv”), İsmayıl Cəfərli (“ARBTV” xəbərlər departamentinin redaktoru), “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, "Azadmedia.az" xəbər portalının redaktoru Ülkər Piriyeva, "Asiya.az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov, "Azinfo.az" xəbər portalının baş redaktoru Rauf Cəbiyev və başqalarının çıxışlarında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən fədakar xalqımızla birgə KİV nümayəndələrinin xüsusi fəallığı, media nümayəndələrinin Azərbaycan xalqına, ictimaiyyətə dəqiq və qərəzsiz informasiyaların operativ çatdırılması istiqamətində göstərdiyi əzmkarlıq önə çəkilib.
     
    Çıxışlar zamanı əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz rolundan, dövlətə, dövlətçiliyə sadiq media təmsilçilərinin çətin və məsuliyyətli vəzifələrini layiqincə yerinə yetirməklərindən bəhs edilib, 90 yaşlı «Yeni həyat» qəzetinin tarixinə səyahət edilib.
     
    Görüşdə Qarabağ müharibəsi zamanı şəhid olan jurnalistlərin xatirəsi ehtiramla anılıb.
     
    Tədbiri yekunlaşdıran RİHB-nın müavini Aybəniz Qafarova media mənsublarını bir daha təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. O, tədbirdə iştirak edən jurnalistlərin mükafatlandırılması barədə rayon rəhbəri Şahin Məmmədovun müvafiq sərəncamını diqqətə çatdırıb.
     
    Mətbuat Günü münasibətilə keçirilən görüşün Masallıda ənənə halını aldığını vurğulayan jurnalistlər buna görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
    Fotolar Elsever Əliyevə məxsusdur. 





















    À
    PAYLAŞ:

    Oxşar xəbərlər