“Heydər Əliyev Masallıda” adlı dəyirmi masa keçirildi - FOTOLAR

“Heydər Əliyev Masallıda” adlı dəyirmi masa keçirildi - FOTOLAR
  • Masallı / Manşet / Siyasət

  • Masallı rayonunda “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev Masallıda” mövzusunda dəyirmi masa keçirilib.

    Asiya.az
    xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə partiya veteranları, tələbələr və media nümayəndələri iştirak edirdi.

    Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.    

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması, bununla əlaqədar ölkəmizin hər yerində olduğu kimi Masallıda da silsilə tədbirlərin həyata keçirildiyini, bugünkü dəyirmi masanın yeni nəslə Heydər Əliyev irsinin aşılanması yönümündə əhəmiyyətini diqqətə çatdırdı. 

    YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, XX və XXI əsrin titanik siyasətçisi Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən, gərgin və yorulmaz fəaliyyətindən bəhs etdi, Ulu Öndərin Masallı və masallılar haqqında söylədiyi dəyərli fikirləri xatırlatdı. 

    “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, sahibkar Güləş Allahyarov, YAP veteranları Göyçək Ələsgərova, Cəmaləddin Ağayev, Asudə Məmmədova, Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev Ulu Öndərlə bağlı xatirələrini bölüşərək müxtəlif vaxtlarda, 1980-ci il, 5 oktyabr 1998-ci il tarixi günlərini - Heydər Əliyevin Masallı ziyalıları və əmək adamları ilə görüş gününü yaşayanlar kimi özlərini ən xoşbəxt insan hesab etməklə qürurlandıqlarını ifadə etdilər. 









    PAYLAŞ:

    Oxşar xəbərlər