"Neftçi"nin yeni prezidenti təqdim olundu

"Neftçi"nin yeni prezidenti təqdim olundu
  • İdman

  • "Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.

    Asiya.az xəbər verir ki, Fərrux Mahmudov "Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.

    Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.

    F.Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib: "Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".
    PAYLAŞ:

    Oxşar xəbərlər