Lənkəranda polisin operativliyi vətəndaşı sevindirdi

Lənkəranda polisin operativliyi vətəndaşı sevindirdi
  • Lənkəran / Sosial

  • Lənkəran Şəhər Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşları xidmətdə olarkən şəhər ərazisindəki parklardan birindən cüzdan tapıblar.

    Asiya.az xəbər verir ki, içərisində 340 manat pul, bank kartları və azyaşlıya məxsus şəxsiyyət vəsiqəsi olan cüzdanın sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar.

    Şəxsiyyət vəsiqəsi əsasında həmin uşağın ailəsi və yaşadıqları ünvan dəqiqləşdirilərək qulqabının sahibi olan şəxsin rayon sakini B.Eynullayeva olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən qısa vaxt ərzində cüzdanı həmin qadına təhvil verilib. Cüzdanını park və ticarət obyektində axtarsa da tapmadığından ümidsizliyə qapıldğını bildirən qadın polis əməkdaşlarından gələn zəngin hədsiz sevincinə və heyrətinə səbəb olduğunu etiraf edib. B.Eynullayeva polis əməkdaşlarına operativlik və yüksək peşəkarlıqlarına görə təşəkkürünü bildirib, hər zaman vətəndaşların təhlükəsizliyinin keşiyində olan Azərbaycan Polisinə dərin minnətdarlığını ifadə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər