Lənkəran-Astara Regional Təhsil İdarəsi fərqlənən şagird və məzunları mükafatlandırıb

Lənkəran-Astara Regional Təhsil İdarəsi fərqlənən şagird və məzunları mükafatlandırıb
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Sosial

  • Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini 2022-2023-cü tədris ilində gümüş və qızıl nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib. 

    Asiya.az xəbər verir ki, Lənkəran şəhər Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə müxtəlif nominasiyalar üzrə 83 nəfər (600 baldan yüksək nəticə göstərən 48 məzun, Respublika Fənn Olimpiadalarında qalib olmuş 19 şagird, orta məktəbi qızıl nişanla bitirən 1, gümüş nişanla bitirən 1, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində bürünc medal qazanan 1, beynəlxalq fənn müsabiqələrində qalib olan 2, Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqəsində qalib olan 3, IV siniflər üzrə milli qiymətləndirmədə yüksək nəticə əldə edən 8 şagird) olmaqla ümumilikdə 75 məzun mükafatlandırılıb.

    Tədbirdə millət vəkili Ziyafət Əsgərov, Lənkəran Dövlət Universitetinin rektoru, yerli icra hakimiyyətinin nümayəndələri, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin rəhbərləri iştirak ediblər. 
    Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim olunub. 









    PAYLAŞ:

    Oxşar xəbərlər