Masallılı qız dünyanın bir nömrəli universitetinə qəbul oldu

Masallılı qız dünyanın bir nömrəli universitetinə qəbul oldu
  • Masallı / Sosial

  • Masallının Mahmudavar kəndindən olan Dəniz Sattarli dünyanın ən yaxşı universitetlərindən sayılan Amerikada yerləşən Massachusetts Texnologiya Universitetinə bakalavr üzrə qəbul oldu. O ölkəmizdə bu universitetə daxil olan ilk qız məktəblisidir.

    Asiya.az xəbər verir ki, Səttarlı Dəniz Zaur qızı 2006-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olub. İlk təhsilinə Mahmudavar məktəbində başlamışdır. 2017-ci ildə 2-ci yerlə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunmuşdur.

    2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə gostərmiş, respublika birincisi olmuşdur.

    Dəniz iki il ard-arda Respublika fənn Olimpiadaları birinci olur. Belə ki, ilk olaraq 2021-ci ildə 9-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında 1-ci yer tutaraq qızıl medala layiq görülmüşdür. Ardınca 2022-ci ildə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn olimpiadasında yenidən qızıl medala layiq görülmüşdür.

    Ötən ilin (2022) 10-18 iyul tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadasında (IChO) Dəniz Səttarlı bürünc medal mükafatçısı olur.

    Qeyd edək ki, buna qədər Mahmudavar kəndindən xanım olaraq yalnız Arzu Ağayeva Amerikada ali təhsil almağa müvəffəq olmuşdu. Belə ki, Los Angelesdə bakalavr təhsili alan A.Ağayeva, hazırda Bruklin şəhərində yaşayır. 
    ///Masallı Rayon Gənclər və İdman İdarəsi
    PAYLAŞ:

    Oxşar xəbərlər