Şəhid Eltac Əhədov Masallıda torpağa tapşırıldı – VİDEOLAR/FOTOLAR

Şəhid Eltac Əhədov Masallıda torpağa tapşırıldı – VİDEOLAR/FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən lokal antiterror əməliyyat zamanı şəhid olan ordumuzun əsgəri Əhədov Eltac Əjdər oğlu Masallı rayonunun Təzə Alvadı kəndində torpağa tapşırılıb.

    Asiya.az
    xəbər verir ki, şəhidlə vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayonun hüquq mühafizə, idarə-müəssisə rəhbərləri, din xadimləri, şəhidin yaxınları iştirak ediblər.

    Rayon İcra Hakimiyyətinin başçısı cənazəyə bürünmüş üç rəngli Dövlət bayrağını öpərək şəhidin atasına təqdim edib. İcra başçısı öz nitqində şəhidlərimizin bizim başımızı uca etməsindən, əzəli torpaqlarımıza azadlıq tumu səpməsindən danışaraq, sözlərini Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri ilə yekunlaşdırıb.

    “İnsan insan olur öz hünəriylə.
    Millət, millət olur xeyri, şəriylə,
    Torpağın bağrına cəsədləriylə,
    Azadlıq tumunu əkdi Şəhidlər.”


    Allah rəhmət etsin.
    Cəfər Cəfərov,
    Elsevər Əliyev,
    Asiya.az









    PAYLAŞ:

    Oxşar xəbərlər